Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Qoşa Qala restoranının yaxınlığında yerləşən möhtəşəm bağ evi. Villa 6 sot torpaq sahəsində yerləşir və ümumi yaşayış sahəsi 300 kv.m-dir. Ev 2 mərtəbədən, geniş studiya mətbəxdən, 4 yataq otağından, 3 qarderob otağından və ümumilikdə 5 otaqdan ibarətdir.
Villa yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunaraq inşa edilib və zövqlü dizayner təmirinə malikdir. Mətbəx Bosch markalı məişət texnikası ilə tam təchiz olunub.
Həyətdə 10×5 metr ölçüsündə hovuz, besedka, manqal sahəsi, qaraj və müxtəlif ağaclar mövcuddur. Əmlak dəniz panoramasına malikdir. Qaz, su və işıq daimidir. Əmlakın çıxarışı (kupçası) var. 520.000
Alıcıya endirimdə olunacaq